Logo

Gənclər və idman səhəsinə göstərilən diqqət dövlət siyasətində prioritet təşkil edir

20.03.2022 16:31 1066 baxış
IMG

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrildi. Beləliklə də, bu sahədə yüksəlişin əsası qoyuldu. Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq   idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. İlk dəfə 1996-cı il Atlanta Olimpiadasına 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq olimpiya hərəkatında ilk nailiyyəti idi. Həqiqətən bütün sahələrdə olduğu kimi Ulu öndər Heydər Əliyevin idman siyasəti sahəsindəki xidmətləri əvəzsizdir.

Ulu öndərin idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin daha da uğurla həyata keçirilməsi üçün 1994-cü il ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Bu mənada 1994-cü ili məhz respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. İdmanın yüksəlişində Milli Olimpiya Komitəsi lokomotiv rol oynamışdır. 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilmiş cənab İlham Əliyev idmanın inkişafını daim diqqət mərkəzində saxlamışdır. Cəmi 21 il ərzində ölkənin idman infrastrukturu müasir tələblər səviyyəsində tamamilə yenidən qurulmuş, milli müstəqilliyin bərpasından əvvəl bir idman uğuru ilə yadda qalmamış, Azərbaycan nəinki beynəlxalq turnirlərdə misilsiz uğurlara imza atmış, həm də irimiqyaslı idman tədbirlərinə ev sahibliyi etmək bacarığı nümayiş etdirmişdir. 2015-ci il Bakıda Birinci Avropa Oyunlarının, həmçinin 2017-ci ildə İslam Həmrəyliyi oyunlarının yüksək səviyyədə təşkilini qeyd etmək idmanın inkişafına nümunədir. 

Bildiyimiz kimi Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, 16 medal qazanıldı, onlardan 7-si qızıl medaldır. Həqiqətən bu, çox böyük uğurdur. Xüsusilə nəzərə almalıyıq ki, komanda hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür. Bu münasibətlə, ilk növbədə, idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik edirəm,onlara gələcəkdə bol bol uğurlar arzu edirəm. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və ölkəmzin idmançıları saysız-hesabsız uğurlara imza atır. Təbii ki bunun əsasında dövlətimizin idmana göstərdiyi xüsusi diqqət və qayğı dayanır. Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatından sonra Partiyamızın sədri,ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilməsi və onlarla səmimi görüşün keçirilməsi məhz idmana olan yüksək diqqət və qayğının bariz nümunəsidir. Düşünürəm ki, bütün bunlarla yanaşı cənab İlham Əliyevin səmimi qayğısı, isti münasibəti idmançılarımıza stimul verir, onlara gələcək yarışlara daha hazırlıqlı olmağa cağırır və  mübarizə əzmi bəxş edir. 

Ölkə başçısının həyata keçirdiyi müdrik siyasət nəticəsində bu gün Azərbaycanın bütün sahələr üzrə inkişaf xəttində olmasına şahid oluruq. Ona görə də bizim gənclərimiz vətənpərvər və sağlam ruhda yetişirlər. Ölkəmizi xaricdə layiqincə təmsil edirlər.  Bizdə YAP Yevlax rayon təşkilatının rəhbərliyi və kollektivi adından xalqımıza sevinc, böyük qürur hissi yaşadan idmançılarımıza gələcək yarışlarda uğurlar arzulayır, onlara ölkəmizin bayrağını zirvələrə qaldırdığı üçün ürəkdən təşəkkür edirik.
 
Tural İsmayılov,
YAP Yevlax rayon təşkilatının əməkdaşı.

Xəbər lenti